Sərbəst güləş üzrə Tokio-1964 Olimpiadasının çempionu Aleksandr İvanitski Moskva yaxınlığındakı Ruzda itkin düşüb. 82 yaşlı çempion iyulun 22-də göbələk yığmaq üçün meşəyə yollanıb. Axtarışlara helikopter cəlb edilib. Helikopterin köməyi ilə Veyn çayının sahilində səliqəli şəkildə yığılmış əşyalar aşkar edilib. Bundan sonra əməliyyata dalğıclar cəlb olunub.
Qeyd edək ki, Aleksandr İvanitski sərbəst güləş üzrə SSRİ çempionatlarının qalibi və mükafatçısıdır. O, dəfələrlə dünya çempionu titulunu qazanıb.