Formula 1 yarışlarının rəhbərliyi ABŞ, Kanada, Meksika və Braziliyada yarışların keçirilməsindən imtina edib. Koronavirus pandemiyasının qarşısını almaq məqsədi ilə Şimali və Cənubi Amerikada Formula 1 mərhələlərinin ləğv olunmasına qərar verilib. Yarışın başlanması Portuqaliyanın Portiman şəhərində olacaq.
“COVİD-19-un xüsusiyyətlərini, yerli məhdudiyyətləri və həmkarlarımızın təhlükəsizliyini nəzərə alaraq, bu mövsüm Braziliya, Meksika və ABŞ-da başlanğıcların keçirilməsi mümkün deyil”, - deyə təşkilatdan bildiriblər. Mərhələlər Portimanla yanaşı, İtaliya və Almaniyada keçiriləcək.
Beləliklə, Formula 1 pandemiya səbəbi ilə artıq 11 başlanğıcını ləğv edib. Təşkilat Avstraliya, Fransa, Niderland, Azərbaycan, Sinqapur və Yaponiyadakı yarışlardan imtina edib. Yenilənmiş təqvim 13 mərhələdən ibarətdir. Final yarışları dekabrın ortalarında Bəhreyn və Abu Dabidə keçiriləcək.