Baş məşqçi həmyerlisini İngiltərəyə gətirə biləcək?

Baş məşqçi həmyerlisini İngiltərəyə gətirə biləcək?

«Everton» «Latsio»nun hücumçusu Çiro İmmobile üçün yay transfer pəncərəsində qarşı tərəfə təklif göndərmək istəyir. «Olimpiyadünyası.com» saytı «90min.com»a istinadən bildirir ki, italiyalı futbolçunun «Everton» keçidini rəhbərlikdən onun həmyerlisi Karlo Ancelotti tələb edir. Hələ ki, futbolçunun keçidi üçün hər hansı bir məbləğ açıqlanmayıb. Qeyd edək ki, İngiltərənin digər klubu «Nyukasl» bir müddət əvvəl 30 yaşlı futbolçu üçün 135 milyon avro ödəməyə hazır olduğunu bildirmişdi.​