Ronaldo- Messi-Totti: 39 topluq fərq

Ronaldo- Messi-Totti: 39 topluq fərq

XXI əsrdə penaltidən ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Cədvələ İtaliya “Yuventus”unun portuqaliyalı ulduzu Kriştiano Ronaldo başçılıq edir.

Onun hesabında penaltidən vurulan 114 qol var. Ronaldo ən yaxın izləyicilərini 39 top qabaqlayır.
Argentinalı Lionel Messi və italiyalı Françesko Totti hərəyə 75 penaltini dəqiq yerinə yetirib. İsveçli Zlatan İbrahimoviçdə bu rəqəm 64-ə bərabərdir.
İlk “onluq”da Frenk Lempard (50), Edinson Kavani (48), Stiven Cerrard (46), Alessandro Del Pyero, Ronaldinyo (hər ikisi 44) və Serxio Aquero (41) da yer alıb.