Formula1 üzrə İtaliya Qran-Prisi tamaşaçılarsız keçiriləcək.
Bu xəbəri yarışın təşkilatçıları KİV-lərə açıqlayıb.
Koronavirus pandemiyası üzündən bu il baş tutan yarışların hamısı boş tribunalar önündə keçirilib. Lakin dünya çempionatının payız bölümündən başlayaraq tamaşaçıların tədricən tribunalara buraxılacağı proqnozlaşdırılır. Bu, sentyabrın 6-da keçiriləcək İtaliya mərhələsinə aid deyil.
Qeyd edək ki, tamaşaçıların izləyə biləcəyi ilk mərhələnin Rusiya Qran-Prisi olacağı gözlənilir.
İtaliya Qran-Prisi də boş tribunalarla keçiriləcək