Portuqaliya hakimiyyəti Portiman şəhərində yarışın tamaşaçıların iştirakı ilə keçiriləcəyini bildirib. Formula 1 Qran-Prisi oktyabrın 23-dən 2 yarışınınkil olunacaq. Həmçinin təşkilatçılar Nürburqrinq yarışının azarkeşlərin iştirakı ilə keçiriləcəyinə ümid etdiklərini bildiriblər. Almaniya mərhələsi oktyabrın 9-dan 11-dək keçiriləcək.
Xatırladaq ki, Rusiya Qran-Prisi tamaşaçıların iştirakı ilə keçirilən Formula 1-in 2020-ci ildəki onuncu mərhələsi olacaq. Soçidəki yarış Formula 1 yarışlarının bu mövsümündə azarkeşlər ilə təşkil olunan ilk yarış ola bilər. Əvvəlcə planlaşdırıldığı kimi mərhələ sentyabrın 25-dən 27-dək keçiriləcək.