Sumqayıtda şahmat həlletməsi yarışı

Sumqayıtda şahmat həlletməsi yarışı


Avqustun ilk günlərində Sumqayıt şahmat məktəbində müasir Azərbaycan şahmat bəstəçiliyinin banisi Aleksandr Sarıçevin (1909-1986) xatirəsinə həsr olunmuş etüd həlletməsi yarışı keçirilib. Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyasının təşkil etdiyi yarışda 6 şəhərdən (Bakı, Sumqayıt, Qəbələ, İsmayıllı, Şabran, Samux) 28 şahmatçı iştirak edib. Yarış iki hissədən ibarət olub: sürətli və klassik həlletmə. Hər iki yarışda A.Sarıçevin etüdlərindən seçilmiş tapşırıqlar təqdim olunub. İlk yarışda şahmatçılar hər tapşırığa bir dəqiqə olmaqla, yalnız bir gediş göstərmək şərti ilə 20 etüd, 2-ci yarışda isə 60 dəqiqə ərzində 6 etüd həll ediblər. 2 yarışın ümumi nəticəsinə görə, qalib adını 81 xalla (42 dəq) Miradil Zeynallı (Bakı) qazandı. 2-ci eyni xal toplayan, lakin daha çox vaxt (57 dəq) sərf edən həlletmə üzrə ölkə çempionu Misrətdin İskəndərov (Sumqayıt), 3-cü yeri isə 71 xalla Murad Nuri (Sumqayıt) tutub. 4-cü yerdə 68 xalla həlletmə üzrə 14 dəfə ölkə çempionu Araz Alməmmədov (Qəbələ), 5-ci yerdə isə 63 xalla Ceyhun Hüseynzadə (Sumqayıt) qərarlaşıblar. Həlletmə üzrə 3 dəfə ölkə çempionu Ramil Cavadov (İsmayıllı) isə 57 xalla 7-ci olub. 12 yaşadək şahmatçılar arsında ən yaxşı nəticəni 62 xalla Fərid Aslanov (Sumqayıt) 6-cı yeri tutaraq göstərib.

Qadınlar arasında 1-ci yeri 34 xalla Nigar Mustafazadə (Bakı), 2-ci yeri 25 xalla Şölə Məmmədova (Şabran), 3-cü yeri isə 24 xalla Səbinə Rzalı (Sumqayıt) tutub. Qaliblərə Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyasının pul mükafatları və diplomları təqdim olunub.
Bu yarışdakı 6 etüdü, müstəqil olaraq həll etmək üçün oxucularımıza təqdim edirik.




1022.Aleksandr Tsaplin (Ukrayna, MFS) və Aleksandr Kamçatski (Rusiya) a) 1.Vg1!. b) 1.Fxg8!  1023. Givi Mosiaşvili (Gürcüstan)  1.Tc3! (2.Vd8#).  1024. Qərib Hüseynov (Bərdə)  1.Tb3! (2.Td3#).  1025. Leonid Makaronez (İsrail)  1.Fh4! (2.Fg3+ Şg5 3.Vd2#), 1...Fe2 2.Vg3+ Şe3 3.Fg5#, 1...Tc2 2.Td4+ Şe5 3.Ve3#, 1...Fe5 2.b8V - 3.Ve5#, 1...Fa5 2.e6 Fd8 3.Fg3#.  1026. Mayras Mayrasov (Bakı)  1.cxd4!, 1... Fxb3, 1...Txb3 2. Ae7+ Vxe7 3.Ab6+ Fxb6, Şd6 4.Vc6#, 1... Fxb5 2.Ae7+ Vxe7 3.Ab6+ Şd6 4.Tg6#. 1027. Vladimir Bulanov (Rusiya)   1.Ac6! (2.Vxb8#) 1...Fb7 2.Ad8 Fd5 (e4,f3,g2,h1) 3.Ac6 Fxc6 4.Vxc6#; 3...Fc7+ 4.Axs7#; 2...Fa6 (c8) 3.Vc6+ Fb7 4.Vxb7#; 2...Fc7+ 3.Axc7+ Şb8 4.Vxb7#.  1028. Leonid Makaronez (İsrail)  1.Fa5 Şd6 2.f4 ef 3.Fc7+ Şc5 4.Af4 - 5.Ad3#.  1029. Luis Gomez (İspaniya)  1.Af1+! Şf2 2.Ad2! Şe3 3.Ac4+ Şd4 4.b5! Şxc4 5.b6 f3 6.b7 f2 7.b8V f1V 8.Vb5+ uduş.
İ. Əliyev (Sumqayıt)
Beynəlxalq hakim