Futbol Federasiyasının prezidenti koronavirusdan dünyasını dəyişdi

Futbol Federasiyasının prezidenti koronavirusdan dünyasını dəyişdi

Venesuela Futbol Federasiyasının (FVF) prezidenti Xesus Berardinelli dünyasını dəyişib. 62 yaşlı funksioner iyulun 22-də yerləşdirildiyi paytaxt xəstəxanalarından birində vəfat edib. "Globoesporte" nəşri Berardinellinin koronavirusdan öldüyünü yazıb. Bu, Cənubi Amerikada eyni infeksiyadan ölən ikinci federasiya prezidentidir. Berardinellidən əvvəl Boliviya Futbol Federasiyasının rəhbəri Sesar Salinas eyni səbəbdən dünyasını dəyişib. Qeyd edək ki, Xesus Berardinelli bu ildən federasiyaya başçılıq edirdi. Berardinelli bu vəzifədə Laureno Qonsalesi əvəzləmişdi. O, daha əvvəl korrupsiya qalmaqalına görə həbs olunmuşdu.