Avqustun 8-dən 11-dək ABŞ-ın Mayami şəhərində cüdo üzrə dünya birinciliyi keçiriləcək.
Artıq çempionatda ölkəmizi təmsil edəcək komandanın heyəti müəyyənləşib.
Belə ki, heyətdə Natiq Qurbanlı, Elnur Abbasov (hər ikisi 50 kq), İlkin Babazadə, Rüfət Tağızadə (hər ikisi 60 kq), Elnur Əhmədli, Vasif Talıbov (hər ikisi 66 kq), Məhərrəm Məhərrəmov (73 kq), Xalid Mexdiyev (90 kq-dan yuxarı), Leyla Əliyeva və Fəridə Həsənova (hər ikisi 40 kq) yer alıblar. Qeyd edək ki, qalib idmançılar 2014-cü ildə Çin Xalq Respublikasının Nankin şəhərində keçiriləcək yeniyetmələr arasında Olimpiya oyunlarına vəsiqə qazanacaq.