IV Islam Həmrəyliyi Oyunlarının qalibi öldürüldü

IV Islam Həmrəyliyi Oyunlarının qalibi öldürüldü

İnquşetiyanın Nazran şəhərində anti-terror əməliyyatı zamanı öldürülənlərdən birinin kimliyi bilinib.
Bu, 25 yaşlı Müslim Yevloyevdir. O, 2015-ci ildən Qırğızıstanın güləş üzrə yığma komandasının üzvü olub.
M.Yevloyev Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının, Yaşar Doğu kubokunun qalibi adına yiyələnib. Yevloyev həm də güləş üzrə Asiya çempionudur.