Premyer Liqa iştirakçılarına 50 top

Premyer Liqa iştirakçılarına 50 top

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba 2020-2021-ci il mövsümündə istifadə üçün AFFA tərəfindən 50 top verilib. AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində ötən mövsüm də Peşəkar Futbol Liqasına və Premyer Liqa klublarına həmin şirkətin topları təqdim olunmuşdu.