Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Solçi-2014 Qış Olimpiya Oyunlarının təhlükəsizliyi Qara dəniz donanması tərəfindən təmin olunacaq. Onun sözlərinə görə, Olimpiya oyunlarında təhlükəsizliyin təminatının əsas məsuliyyəti məhz Rusiya Müdafiə Nazirliyinin üzərinə düşəcək. Qara dəniz donanması tikintisi başa çatdırılan ayrı-ayrı Olimpiya obyektlərini qoruyacaq. Bu donanmanın qoruyacağı digər idman qruğularında isə, hazırda tamamlama işləri aparılır.