Polo qış Olimpiya oyunlarının proqramına daxil edilə bilər

Polo qış Olimpiya oyunlarının proqramına daxil edilə bilər


Moskvanın "Polo-idman klubu”nun prezidenti Aleksey Rodzyanko polo idman növünün qış Olimpiya oyunlarının proqramına daxil edilə biləcəyini deyib. Qeyd dək ki, polo üzrə yarışlar 1936-cı ilə qədər yay Olimpiya oyunlarının proqramında nümayiş etdirilib.
Rodzyankonun dediyinə görə, hazırda bu növün qış olimpiadasının proqramına daxil edilməsi ilə bağlı müzakirələr aparılır: "Düzdür, qış polosu o qədər də inkişaf etməyib. Yarışlar cəlbedici olmur. Amma polonun Olimpiya oyunlarının proqramında yer alması bu növün inkişafına və azarkeşlər tərəfindən sevilməsinə imkan yaradacaq”.
Məlumat üçün bildirək ki, hazırda Rusiyada polo növü ilə yalnız Sankt-Peterburq, Kazan şəhərlərində və Moskva vilayətində məşqlər keçirilir. Bu növlə ABŞ-da 30 min, Argentina və Böyük Britaniyada isə 10-15 min nəfər məşğul olur. Polonun populyarlıq qazanmaması bu idman növü üzrə klubların yaradılmasının yarım milyon dollara başa gəlməsi ilə bağlıdır.