İngiltərə kubokunda yeni qayda

İngiltərə kubokunda yeni qayda

Futbol üzrə İngiltərə kuboku yarışlarının reqlamentində dəyişiklik edilib. Yeni qaydaya əsasən, koronavirus pandemiyası fonunda təqvimdə yarana biləcək sıxlığı aradan qaldırmaq üçün 2020/2021-ci il mövsümündə heç-heçə başa çatan matçlar təkrarlanmayacaq. Qalib əlavə vaxtda və ya ehtiyac olarsa, penaltilər seriyasında müəyyənləşəcək. Kubokun püşkatması sentyabrın 1-də olacaq. Final matçının 2021-ci il mayın 15-də “Uembli” stadionunda keçiriləcəyi planlaşdırılıb.