İstanbul təmsilçisində koronavirusa yoluxma halı aşkarlandı

İstanbul təmsilçisində koronavirusa yoluxma halı aşkarlandı

 "Fənərbağça" klubunda 2 nəfər koronavirus infeksiyasına yoluxub. Bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, birfutbolçu və klubun bir əməkdaşının koronavirus testinin nəticəsi pozitiv çıxıb. Adları açıqlanmayan həmin şəxslər evlərində karantinə alınıb və müayinələrinə başlanılıb. Qeyd edək ki, "Ankaragücü"də də baza işçilərindən birinin koronavirusa yoluxduğu açıqlanıb.