Barselona”nın prezidenti üzr istədi

Barselona”nın prezidenti üzr istədi

“Barselona”nın prezidenti Jozep Bartomeu Çempionlar Liqasının “Bavariya” ya qarşı dörddəbir final qarşılaşması ilə əlaqədar fikirlərini bildirib.

“Bu, çox çətin axşam və çox ağır məğlubiyyət oldu. Mənim azarkeşlərə, ümumiyyətlə bizim hamımıza yazığım gəlir. Biz təmsil etdiyimiz komanda deyildik. Mənə çox ağırdır. Bu çox ağrılı bir məğlubiyyətdir. “Bavariya”nı isə təbrik edirəm, onlar əla oyun nümayiş etdirdilər və layiqli şəkildə yarımfinala çıxdılar. Biz öz səviyyəmizdə oynamadıq və bu bir fəlakətdir. İndi qərarlar qəbul etmək lazımdır. Bəziləri artıq müəyyənləşib. Biz də onları səsləndirəcəyik. Ancaq bu gün biz qərar qəbul etməyəcəyik. Biz ilk növbədə azarkeşlərimiz və tərəfdaşlarımız qarşısında üzr istəyirik”, - deyə klubun prezidenti bildirib.