Britaniyalı boksçu Keul Kerşou Beri şəhərində silahlı atışma nəticəsində dünyasını dəyişib.
18 yaşlı idmançı ağır vəziyyətdə şəhər xəstəxanalarından birinə aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib və gənc oğlan bir neçə saat sonra vəfat edib. Hadisə ilə bağlı polis istintaq başladıb.