"Barselona" son dəfə nə vaxt 8 qol buraxıb?

"Barselona" son dəfə nə vaxt 8 qol buraxıb?

İspaniyanın "Barselona" klubu 74 ildən sonra bir matçda qapısında 8 qol görüb.

Bu, UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sı ilə görüşdə gerçəkləşib - 2:8.
Kataloniya təmsilçisi son olaraq 1946-cı ildə eyni aqibətlə üzləşib. Həmin vaxt "Sevilya" İspaniya Kubokunda "Barselona"nı 8:0 hesabı ilə məyus edib.
Klub çempionat matçlarında 1931-ci ildə "Atletik"ə 1:12, 1935-ci ildə "Real Madrid"ə 2:8, 1940-cı ildə isə "Sevilya"ya 1:11 hesabı ilə uduzub.
Qeyd edək ki, "Bavariya"ya ilə oyundakı nəticə "Barselona"nın avrokuboklarda ən böyük hesablı məğlubiyyəti olub.