Müllerdən yeni rekord​

Müllerdən yeni rekord​

Avqustun 14-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin mərkəzi qarşılaşmasında - “Bavariya” və “Barselona” klubları arasında keçirilən görüşdə bir neçə rekord qeydə alınıb.

Bu oyun Münhen təmsilçisinin futbolçusu Tomas Müller üçün əlamətdar olub. Belə ki, alman forvard oyunda dubl edərək UEFA Çempionlar Liqasının altı oyununda beş qol vuran üçüncü futbolçu olub. O, bu göstəriciyə görə “Milan”nın sabiq futbolçusu və Ukrayna millisinin hazırki baş məşqçisi Andrey Şevçenkonu qabaqlayıb.
Həmçinin bu oyunda digər rekord “Bavariya”ya məxsusdur.
Münhen klubu UEFA Çempionlar Liqası tarixində pley-off matçında bir oyunda 8 qol vuran ilk komanda olub. Bu qalibiyyətlə “Bavariya” mövsümdəki qollarının sayını 39-a çatdırıb.
Qeyd edək ki, "Bavariya" növbəti mərhələdə "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər oyununda isə “PSJ” (Fransa) və "Leypsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüşlər müvafiq olaraq avqustun 18 və 19-da keçiriləcək