"Barselona" baş məşqçini komandadan qovur​

"Barselona" baş məşqçini komandadan qovur​

İspaniyanın "Barselona" klubu baş məşqçisi Kike Setyenlə yollarını ayıracaq.

Kataloniya təmsilçisi 62 yaşlı mütəxəssisi tezliklə vəzifəsindən azad edəcək.
Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Kike Setyen yanvar ayında baş məşqçi təyin edilib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatmalı idi.​ Setienin yerinə isə ən real namizəd kimi Maurisio Poçettinonun adı çəkilir.