Belarusun BATE klubunun futbolçusu Anton Saroka sərbəst buraxılıb.
Ölkədə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyası zamanı saxlanılan belaruslu hücumçu azadlığa çıxıb.
Daha əvvəl 28 yaşlı oyunçuya 7 sutkalıq inzibati həbs cəzası verilmişdi.
Qeyd edək ki, BATE-yə 2019-cu ilin martında Belçika "Lokeren"indən keçən Saroka bu mövsüm Borisov təmsilçisinin heyətində 5 oyuna çıxıb və 2 qol vurub.