Braziliyalı​ futbolçu​ "Zirə"də

Braziliyalı​ futbolçu​ "Zirə"də

“Zirə”​ klubu​ yeni​ futbolçu​ ilə​ müqavilə​ bağlayıb.​ Braziliyalı hücumçu ilə Kayo Rangellə 1+1 illik müqavilə imzalanıb. Qeyd edək ki, 24 yaşlı forvard daha əvvəl ölkəsinin "Kruzeyro", "Krisiuma", "Yuventude", "Parana", "San Bento", "Ferrovayra", İtaliyanın "Kalyari", Portuqaliyanın "Arouka" və "Eştoril"​ klublarının da şərəfini qoruyub.​ Braziliyanın 17 yaşadək futbolçulardan ibarət millisində də 8 oyun keçirən vinger 3 dəfə fərqlənib.