“Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldo dalğıcsız dənizin 14 metr dərinliyinə enib. Bu barədə idmançının şəxsi instaqram hesabında yerləşdirdiyi videoda görünür. Videoda futbolçunun ona bağlanan yük ilə dənizin dərinliyinə endiyi lentə alınıb. Daha sonra isə o, dənizin üzərinə qalxdığı görünür.
Qeyd edək ki, avqustun 14-də paparazzilər K.Ronaldo və rəfiqəsi Corcinya Rodriqezi Fransanın Sen-Trope ərazisində istirahət edərkən lentə alıblar.