UEFA Avropa Liqası: Kölndə geridönüş

 

UEFA Avropa Liqası: Kölndə geridönüş   

UEFA Avropa Liqasında ilk finalçı müəyyənləşib.
Bu, İspaniyanın "Sevilya" komandasıdır. Xulyen Lopeteginin baş məşqçi olduğu kollektiv yarımfinalda İngiltərə "Mançester Yunayted"lə görüşdə əzmkar qələbə qazanıb - 2:1. 
Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda təşkil olunmuş qarşılaşmada hesabı 9-cu dəqiqədə "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Bruno Fernandeş dəqiq penalti zərbəsi ilə açıb. Lakin 26-cı dəqiqədə Suso, 78-ci dəqiqədə isə Lük de Yonq fərqlənib. Nəticədə "Sevilya" tarixində 6-cı dəfə finala yüksəlib. 
Digər finalçı isə avqustun 17-də Almaniyanın Düsseldorf şəhərində İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u arasında keçiriləcək yarımfinal görüşünün qalibi olacaq. 
Qeyd edək ki, "Sevilya" bu mövsüm "Qarabağ"la eyni qrupda mübarizə aparıb.