İngiltərə millisinin sabiq qapıçısı Co Hart “Tottenhem”ə keçir. 33 yaşlı qolkiper hazırda London klubunda tibbi müayinədədir. Klubsuz olan qapıçı paytaxt təmsilçisinə azad agent kimi keçəcək. Onun transferinin yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilir. Qeyd edək ki, 2008-2017-ci illərdə İngiltərə millisində çıxış edən Co Hartın son klubu “Bernli” olub. O, “Mançester Siti”, “Vest Hem”, “Torino” kimi klublarda da oynayıb.