“Yuventus”un hücumçusu Kriştiano Ronaldo karyerasını hazırkı klubunda davam etdirmək niyyətindədir.
“La Gazzetta dello Sport”un yaydığı məlumata görə, bu günlərdə portuqaliyalı futbolçu ilə yeni baş məşqçiləri Andrea Pirlo arasında telefon danışığı olub. Telefon zəngi zamanı futbolçunun Turin komandasındakı gələcək karyerası da müzakirə edilib. 41 yaşlı mütəxəssis Ronaldonu əmin edib ki, o, “Yuventus”un əsas oyunçularından biri olaraq qalacaq və klub onu satmaq niyyətində deyil. Portuqaliyalının transferə çıxarılacağı barədə söhbətlərə əhəmiyyət vermədiyi də bildirilib. Qeyd edilib ki, Pirlonun təyinatı onun ürəyincə olub.
Qeyd edək ki, İtaliya mediasında “Yuventus”un yüksək maaş alması səbəbindən Ronaldonu satmaq niyyətində olduğu iddia edilib.