Futbol üzrə UEFA Avropa Liqasının ikinci yarımfinal oyunu keçirilib.
Bu mərhələnin ikinci oyun günündə İtaliyanın “İnter” klubu Ukrayna təmsilçisi “Şaxtyor” ilə üz-üzə gəlib.
Düsseldorfdakı “Merkur Şpil-Arena” stadionunda baş tutan görüş İtaliya təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.
İtaliyanların heyətində Lautaro Martines (19, 74), Danilo D Ambrosio (64) və Romelu Lukaku (78, 84) fərqləniblər.
Bu qələbə sayəsində “İnter” UEFA Avropa Liqasının finalında oynamaq hüququ qazanıb. Mərhələnin həlledici görüşündə “İnter” İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq. Görüş avqustun 21-də Köln şəhərində təşkil olunacaq.
Qeyd edək ki, “Sevilya” bu mövsüm “Qarabağ” ilə eyni qrupda mübarizə aparıb.
Avropa Liqası
Yarımfinal
17 avqust
23:00. "İnter" (İtaliya) - "Şaxtyor" (Ukrayna) - 5:0 Qollar: Martines, 19, 74, D Ambrosio, 64, Lukaku, 78, 84 Baş hakim: Şimon Marçinyak (Polşa) Düsseldorf. "Merkur Şpil Arena"
Avropa Liqası: “İnter” finalda “Sevilya”ya rəqib oldu
