“Barselona”dan ayrılan futbolçu qəza törətdi

“Barselona”dan ayrılan futbolçu qəza törətdi

"Barselona"nın futbolçusu Artur Melo qəzaya düşüb. 24 yaşlı yarımmüdafiəçinin avtomobili yolun kənarındakı işıq dirəyinə çırpılıb. Braziliyanın oyunçunun özü xəsarət almayıb. Hadisə səhər 4-də baş verib. Analiz onun həddindən artıq içki qəbul etdiyini göstərib. Qeyd edək ki, Artur Melo yeni mövsümdən "Yuventus"da çıxış edəcək.