“Barselona” oyunçularının rəhbərliyə tələbi var

“Barselona” oyunçularının rəhbərliyə tələbi var

"Barselona" klubunun futbolçuları klub rəhbərliyinə qarşı tələblər irəli sürüblər. AS qəzetinin məlumatına görə, futbolçular hesab ediblər ki, kluba dəyişiklik etmək lazımdır. Onlar klubun hazırkı prezidenti Jozep Bartomeunun 2021-ci ilin martında keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtından əvvəl təşkil edilməsini istəyirlər. Oyunçuların fikrincə, klub rəhbərliyindəki qarışıqlıq Çempionlar Liqasında “Bavariya” ilə oyunda məğlubiyyətə səbəb olub. Bundan başqa, futbolçular klubu yaxından tanıyan birinin onlara məşqçilik etməsini istəyiblər. Onlar bu vəzifədə hazırda Qətərin “Əl-Sədd” komandasına rəhbərlik edən Xavini görmək istəyirlər.