Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin təyinatı UEFA tərəfindən ləğv edilib.
AFFA-nın saytında yer alan xəbərdə bildirilir ki, buna koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar birbaşa və uyğun tranzit təyyarə reyslərinin olmaması səbəb olub.
Xatırladaq ki, Asim Xusiyev UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində avqustun 19-da Tbilisidə keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) - “Tirana” (Albaniya) oyununa hakim-inspektor kimi təyinat almışdı.
Hakim-inspektor Tbilisiyə gedə bilmədi
