“Qarabağ” mübarizəyə uğurla başladı

“Qarabağ” mübarizəyə uğurla başladı

Azərbaycanın "Qarabağ" futbol komandası avrokuboklarda 2020/2021 mövsümünə uğurla start verib. UEFA Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandası ilə qarşılaşıb. Görüş Azərbaycan çempionunun inamlı qələbəsi ilə başa çatıb - 4:0.
Hesabı 11-ci dəqiqədə Xayme Romero açıb. İlk hissənin əsas vaxtının bitməsinə 5 dəqiqə qalmış Qurban Qurbanovun baş məşqçi olduğu komanda 2-ci dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Donald Gerye künc zərbəsi zamanı cərimə meydançasındakı qarışıqlıqdan məharətlə istifadə edərək topu tora göndərib. Komandalar fasiləyə bu hesabla yollanıblar.
İkinci yarıya da sürətli başlayan "Qarabağ" 51-ci dəqiqədə üstünlüyünü 3 topa çatdırıb. Gerye dubl edib. Oyunda son nöqtəni isə Mahir Emreli qoyub. 80-ci dəqiqədə Filip Ozobiçin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan hücumçu dəqiq zərbə ilə komandasının böyükhesablı qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.
 
Çempionlar Liqası 
I təsnifat mərhələsi 
18 avqust 
20:00. “Qarabağ” (Azərbaycan) - “Sileks” (Şimali Makedoniya) - 4:0 Qollar: Romero, 11, Gerye, 40, 51, Emreli, 80 Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna) “Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Vild-Donald Gerye, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 9. Xayme Romero, 17. Abdullah Zubir, 11. Mahir Emreli, Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 30. Abbas Hüseynov, 27. Kvabena Ovusu, 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov, 99. Ruslan Hacıyev Baş məşqçi: Qurban Qurbanov
“Sileks”: 1. Daniel Bojinovski, 5. Srcan Darşkoviç, 6. Xristian Qrozdanoski, 22. Angels Timovski, 26. Daniel Karçeski, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 20. Denis Ristov, 7. İvan İvanovski, 14. Pepi Georgiyev, 27. Deyan Tanturovski Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Spirkoski, 10. Miloş Jeravitsa, 9. Stefan Curiç, 11. Kristian Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski Baş məşqçi: Qoran Simov Bakı. Tofiq Bəhramov adına Respublika stadionu 
 

“Qarabağ” mübarizəyə uğurla başladı