"Qarabağ"ın rəqibi kim olacaq?

"Qarabağ"ın rəqibi kim olacaq?

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq. Keçiriləcək 12 oyunla 2-ci tura yüksələn bütün komandalar bəlli olacaq. 
Ötən gün Şimali Makedoniyanın "Sileks" klubuna 4:0 hesabı ilə qalib gələrək, mərhələ adlayan təmsilçimiz "Qarabağ"ın da 2-ci raunddakı rəqibi müəyyənləşəcək. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) oyununun qalibi "Qarabağ"a rəqib olacaq.
Qeyd edək ki, 2-ci təsnifat mərhələinin oyunları avqustun 25-26-da keçiriləcək.

19 avqust

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi

19:00. "Ararat" (Ermənistan) - "Omoniya" (Kipr)
20:00. "Molde" (Norveç) - "KuPS" (Finlandiya)
20:30. "Flora" (Estoniya) - "Suduva" (Litva)
21:00. "Çelye" (Sloveniya) - "Dandolk" (İrlandiya)
21:00. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya)
21:00. "Ferentsvaroş" (Macarıstan) -  "Yurqorden" (İsveç)
21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Riqa" (Latviya)
22:00. "Buduçnost" (Monteneqro) - "Lüdoqorets" (Bolqarıstan)
22:00. "Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina)
22:00. "Klaksvik" (Farer adaları) - "Slovan" (Slovakiya)
22:00. "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq)
23:00. "Floriana" (Malta) - ÇFR (Rumıniya)

18 avqust

"Qarabağ" (Azərbaycan) - "Sileks" (Şimali Makedoniya) - 4:0  "Legiya" (Polşa) - "Linfild" (Şimali İrlandiya) - 1:0  "Dinamo" (Brest, Belarus) - "Astana" (Qazaxıstan) - 6:3  "Seltik" (Şotlandiya) - "Reykyavik" (İslandiya) - 6:0  "Srvena Zvezda" (Serbiya) - "Europa" (Cəbəllütariq) - 5:0