"Barselona"nın yeni baş məşqçisi müəyyənləşdi

"Barselona"nın yeni baş məşqçisi müəyyənləşdi

İspaniyanın "Barselona" klubu yeni baş məşqçisini açıqlayıb. Komanda niderlandlı Ronald Kumana tapşırılıb. 57 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanacaq. O, bu postda istefaya göndərilmiş Kike Setyeni əvəzləyəcək. 
Artıq “Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın klubdakı köməkçiləri də  bir-bir müəyyənləşir. Niderlandlı mütəxəssisə kömək edəcək iki məşqçi artıq bəlli olub. Bunlardan biri vaxtilə “Barselona”nın formasını geyinmiş Henrik Larssondur. “Helsinborq”un sabiq baş məşqçisi Kumanın köməkçisi olmaq təklifini qəbul edib. Eyni zamanda iyunda “Hoffenhaym”dan qovulan niderlandlı Alfred Şröyderin də məşqçi korpusunda yer alması gözlənilir.
Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Ronald Kuman futbolçu karyerasında 1989 - 1995-ci illərdə "Barselona"da oynayıb. O, 1998 - 2000-ci illərdə komandada köməkçi məşqçi işləyib.