Çempionlar liqasının finalçıları müəyyənləşdi

Çempionlar liqasının finalçıları müəyyənləşdi

Dünən Çempionlar Liqasında ikinci finalçı da müəyyənləşib. Yarımfinalın növbəti oyununda Fransanın "Lion" klubu Almaniya çempionu "Bavariya" ilə qarşılaşıb. Sürpriz şəkildə "Yuventus" və "Mançester Siti"ni mübarizədən kənarlaşdıran "Lion"un güclü "Bavariya"ya necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Oyun Münhen klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0 Beləliklə, "Bavariya" avqustun 23-də keçiriləcək final matçında PSJ ilə qarşılaşacaq.   19 avqust  Çempionlar Liqası  1/2 final  “Lion” (Fransa) - “Bavariya” (Almaniya) - 0:3 Qollar: Qnabri, 18, 33, Levandovski, 88 Baş hakim: Antonio Mateu Lahos (İspaniya) Lissabon. “Joze Alvalade” stadionu