İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün təqvimi açıqlanıb. Bütün turlarda qarşılaşacaq cütlüklər müəyyənləşib.
Sentyabrın 12-də start veriləcək mövsüm gələn il mayın 23-də başa çatacaq. İlk turun “Bernli” - “Mançester Yunayted” və “Mançester Siti” - “Aston Villa” görüşləri təxirə salınıb. Birinci tur çərçivəsində gələn ayın 12-də 6, 14-də isə 2 oyun baş tutacaq.
Son çempion “Liverpul” açılış turunda debütant “Lids”lə üz-üzə gələcək. “Arsenal” London derbisində “Fulhem”lə qarşılaşacaqsa, “Çelsi” “Brayton”un qonağı olacaq.
İngiltərə Premyer Liqası
2020/21 mövsümü
I tur
12 sentyabr
“Kristal Pelas” - “Sauthempton” “Fulhem” - “Arsenal” “Liverpul” - “Lids” “Tottenhem” - “Everton” “Vest Bromviç” - “Lester” “Vest Hem” - “Nyukasl”
14 sentyabr
“Brayton” - Çelsi” “Şeffild Yunayted” - “Vulverhempton”