Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulması ilə 2-ci turun cütlükləri müəyyənləşib. Azərbaycan çempionu "Qarabağ"ın növbəti rəqibi Moldova təmsilçisi "Şerif olacaq. “Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya) matçı koronavirus pandemiyası səbəbindən avqustun 21-nə keçirildiyindən “Yanq Boyz”un (İsveçrə) 2-ci raunddakı rəqibi bəlli olmayıb. Digər cütlüklər isə aşağıdakı kimidir:
Çempionlar Liqası 2-ci təsnifat mərhələsi Çempionlar yolu ÇFR (Rumıniya) - “Dinamo” (Zaqreb, Xorvatiya) “Seltik” (Şotlandiya) - “Ferensvaroş” (Macarıstan) “Suduva” (Litva) - “Makkabi” (Təl-Əviv, İsrail) “Legiya” (Polşa) - “Omoniya” (Kipr) "Çelye" (Sloveniya) - “Molde” (Norveç) “Lüdoqorets” (Bolqarıstan) - “Midtülland” (Danimarka) “Dinamo” (Brest, Belarus) - “Sarayevo” (Bosniya və Herseqovina) “Qarabağ” (Azərbaycan) - “Şerif” (Moldova) "Tirana" (Albaniya) - “Srvena Zvezda” (Serbiya) “Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları)/“Slovan” (Slovakiya) cütünün qalibi Liqa yolu “Alkmaar” (Niderland) - “Viktoriya” (Çexiya) PAOK (Yunanıstan) - “Beşiktaş” (Türkiyə) “Lokomotiv” (Zaqreb, Xorvatiya) - “Rapid” (Vyana, Avstriya)
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin matçları avqustun 25-26-da oynanılacaq. "Qarabağ" - "Şerif" görüşü avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.