Fransanın "Marsel" klubunun futbolçusu Dmitri Payet koronavirusa yoluxub.
33 yaşlı fransalı yarımmüdafiəçinin testi müsbət nəticələnib.
Daha əvvəl klubun digər üzvləri Stiv Mandanda, Maksim Lopes, Valenten Ronjye və Cordan Amavidə virus aşkarlanıb.
Qeyd edək ki, Fransa çempionatının ilk turunda bu gün keçirilməsi planlaşdırılan "Marsel" - "Sent-Etyen” matçı təxirə salınıb.
Fransalı məşhur futbolçu koronavirusa yoluxdu
