Ronald Kumanın köməkçiləri müəyyənləşdi

Ronald Kumanın köməkçiləri müəyyənləşdi

“Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın iki köməkçisi məlum olub.
İsveçli Henrik Larsson və niderlandlı Alfred Şreyder 57 yaşlı mütəxəssisin köməkçisi təyin ediliblər. Onlarla iki illik müqavilə imzalanıb.   İsveçli veteran hücumçu Larsson 2004-2006-cı illərdə “Barselona”da oynayıb. Şreyder 2019/20 mövsümündə "Hofenhaym"ın baş məşqçisi olub.