Amerikalı və rusiyalı boksçu Roy Cons təşkilatçıları həmyerlisi Mayk Taysona qarşı döyüşdən imtina etməsi ilə hədələyib. İdmançı tədbirin noyabrın 28-nə keçirilməsi qərarına görə yarış təşkilatçılarını tənqid edib. Boksçunun sözlərinə görə, M.Taysonla görüşə hazırlaşdığı üçün o, digər layihələrdə iştirakdan imtina etməyə məcbur olub. Məhz bu səbəbdən o, təşkilatçılardan kompensasiya tələb edir. İdmançı və onun nümayəndələri hələlik dəqiq kompensasiyanın məbləğini açıqlamayıblar. Boksçu qeyd edib ki, istənilən an döyüşdən imtina etməyə hazırdır.
Xatırladaq ki, əvvəlcə döyüş sentyabrın 12-nə təyin edilmişdi. 54 yaşlı Mayk Taysonun Roy Cons ilə sərgi döyüşü keçirmək niyyətində olduğu barədə məlumat iyulun 21-də məlub olub.
Boksçu təşkilatçılardan kompensasiya tələb edir