Ronald Kuman: “Messi “Barselona” deməkdir”

Ronald Kuman: “Messi “Barselona” deməkdir”

“Barselona”nın yeni baş məşqçisi Ronald Kuman klubun lideri Lionel Messinin komandanı tərk etməsi ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
“Messinin əsəbi və kefsiz olması məntiqlidir. “Bavariya”ya 8:2 hesabı ilə məğlub olsam, mən də məyus olaram. Bundan sonra heçnə olmamış kimi gülümsəmək düzgün olmazdı. Messi  bir qalibdir. Nailiyyət qazanmadığı təqdirdə qəzəblənir. Mənim vəzifəm ondan qadir olduğularını əldə etməkdir. Onu özünü xoşbəxt və əhəmiyyətli hiss etməsinə əmin etmək lazımdır. O, “Barselona”nın kapitanıdır və burada karyerasını bitirməlidir. Messi “Barselona” deməkdir”, - deyə R.Kuman qeyd edib .