Fransada futbol mövsümü​​ heç-heçə ilə başladı

Fransada futbol mövsümü​​ heç-heçə ilə başladı

Fransa Liqa1-də 2020/21 mövsümü start götürüb.​​ Mövsümün açılış matçı Bordoda olub.​​ Koronavirus pandemiyası səbəbindən yarımçıq başa çatdırılan ötən mövsümü eyni xalla müvafiq olaraq 12-13-cü yerlərdə bitirən "Bordo" ilə "Nant" üz-üzə gəlib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, avqustun 22-23-də daha 6 görüş baş tutacaq. Turun "Monpelye" - "Lion", PSJ - "Mets" və "Marsel" - "Sent-Etyen" oyunları sentyabrın 15-17-də keçiriləcək.

Fransa Liqa1

I tur

21 avqust

21:00. "Bordo" - "Nant - 0:0