“Tottenhem”in hücumçusu Harri Keyn komandasının mövsümdən əvvəl təşkil olunan toplanışında iştirak edə bilməyəcək. Məlumata görə, 27 yaşlı futbolçu ailəsi ilə birlikdə Böyük Britaniya hökumətinin karantin siyahısına daxil etdiyi Baham adalarında istirahət edib. Beləliklə, bu səbəbdən H.Keyn iki həftəlik karantinə getməlidir. Yalnız bundan sonra hücumçu komanda ilə məşqlərə başlaya bilər.
Qeyd edək ki, Harri Keyn 2011-ci ildən “Tottenhem”in əsas komandasının şərəfini qoruyur.