Klubun kapitanı həbs edilib

Klubun kapitanı həbs edilib

“Mançester Yunayted”in kapitanı Harri Maquayr Yunanıstanın​ Mikonos adasında polisə hücum etməsi səbəbi ilə həbs olunub.

İngiltərəli futbolçu bir neçə həmvətəni ilə mübahisə etdiyi üçün hadisə şahidləri polis çağırıblar. Lakin 27 yaşlı müdafiəçi polislərə müqavimət göstərdiyi üçün həbs edilib. “Mançester Yunayted” klubunun rəsmiləri hadisədən xəbərdar olduqlarını desələr də, baş verənləri şərh etməkdən imtina ediblər.
Qeyd edək ki, H.Maquayr​ 2019-cu ilin yayında 96,2 milyon avro qarşılığında “Lester” komandasından “Mançester Yunayted” komandasına keçib. Bununla da o, dünya futbol tarixinə ən bahalı müdafiəçi kimi adını yazdırıb.