Azarkeşlər pul toplayıb...

Azarkeşlər pul toplayıb...

Amsterdamda “Ayaks” stadionunun yanında keçmiş futbolçu və məşqçi Yohan Kroyffun abidəsi ucaldılıb. Bürünc heykəl “Yohan Kroyff Arena”nın əsas girişində yerləşir.

Maraqlıdır ki, abidə “Ayaks” azarkeşlərinin topladığı vəsaitlə ucaldılıb. 2018-ci ildə abidə üçün tələb olunan 75 min avro 3 ay ərzində yığılıb.
Xatırladaq ki, Y.Kroyff üç dəfə “Qızıl top” sahibi, üç dəfə “Ayaks” klubunun oyunçusu və bir dəfə “Barselona”nın məşqçisi kimi Çempionlar Liqasının qalibi olub.
Yohan Kroyff 2016-cı ilin martın 24-də 68 yaşında dünyasını dəyişib.