Azərbaycan Premyer Liqasında ilk turun oyunları davam edir. İkinci oyun günündə son çempion "Qarabağ" turun mərkəzi qarşılaşmasında "Sabah"ı qəbul edib. Mövsümə Çempionlar Liqasındakı qələbə ilə başlayan Ağdam təmsilçisi Premyer Liqaya da 3 xalla start verib. Qurban Qurbanovun yetirmələri yay fasiləsində heyəti bir qədər də güclənən və "Qarabağ"a əsas rəqiblərdən sayılan "Sabah"a 2:0 hesabı ilə qalib gəlib. Mahir Emrelinin dublu bakılıların ispaniyalı baş məşqçisi Visente Qomesin ölkəmizdəki debüt matçında məğlubiyyətini rəsmiləşdirib.
Qeyd edək ki, tura avqustun 23-də keçiriləcək "Qəbələ" - "Zirə" (19:00) oyunu ilə yekun vurulacaq.
Premyer Liqa
I tur
22 avqust
“Azersun Arena”
20:00. “Qarabağ” – “Sabah” - 2:0
Qollar: Emreli, 45, 68