Bu gün Çempionlar Liqasında ən güclü müəyyənləşəcək​

Bu gün Çempionlar Liqasında ən güclü müəyyənləşəcək​

Bu gün UEFA Çempionlar Liqasının​ (ÇL) final matçı keçiriləcək.​ Portuqaliyanın paytaxtı Lissabondakı görüşdə​ Fransanın PSJ komandası ilə​ Almaniya​ "Bavariya"sı üz-üzə gələcək. İtaliyalı​ Daniele Orsatonun idarəyə edəcəyi​ matç "Estadio da Luş"​ stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.​

Bu oyun​ komandaların avrokuboklarda 9-cu dueli olacaq. PSJ və "Bavariya" indiyədək Çempionlar Liqasının qrupunda 8​ dəfə üz-üzə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanıb. PSJ-nin 12 qoluna, "Barvariya" 11 topla cavab verib.​
PSJ tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirinin baş mükafatına yiyələnmək​ niyyətindədir. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da,​ ilk dəfə ÇL-də finala yüksəlib. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcək.​
5 dəfə Çempionlar Liqasının qalibi olmuş​ "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə edib. Münhen təmsilçisi 6-cı dəfə də istəyini gerçəkləşdirsə, İngiltərə "Liverpul"u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olacaq.​ ​
Bu oyun həmçinin Çempionlar Liqasının finalları tarixində​ ikinci alman-fransız dueli olacaq. İlk dəfə "Bavariya" 1975/1976 mövsümündə "Sent-Etyen"i 1:0 hesabı ilə üstələyib.​

23 avqust

Çempionlar Liqası, final

23:00 PSJ (Fransa) - "Bavariya" (Almaniya)​

Baş hakim: Daniele Orsato (İtaliya)​

"Estadio da Luş"​ stadionu.