Millimizin pley-off şansı​

Millimizin pley-off şansı​

Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan Azərbaycan millisi bu gün B qrupunda son görüşlərini keçirəcək. Yığma komanda yarışın üçüncü günündə​ İspaniya, Norveç və Fransa​ ilə qarşılaşacaq.

Startda Niderland, Macarıstan və Cənubi Afrika Respublikası üzərində inamlı qələbə qazanan milli ikinci gündə qeyri-sabit çıxışı ilə yadda qalıb. Ukrayna, və Qazaxıstana uduzan Azərbaycan yığması yalnız Slovakiyadan üstün olub.
B ​ qrupunda Macarıstan 10 xalla liderdir.​ Ukrayna, Qazaxıstan və İspaniyanın 9 xalı var. Azərbaycan millisi 8, Slovakiya 6, Niderland isə 5 xala malikdir. Norveç və Fransanın 2 xalı varsa, CAR-ın​ xalı yoxdur.
Hər qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, yarışda​ Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək.​
Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib.​ Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.