Kapitan sərbəst buraxıldı

Kapitan sərbəst buraxıldı

Yunanıstanda tutulan​ İngiltərə millisinin və "Mançester Yunayted" klubunun futbolçusu Harri Maquayr sərbəst buraxılıb.​ 27 yaşlı müdafiəçi​ maraqlarını təmsil edəcək vəkillər təyin etdiyi üçün ölkəsinə qayıda biləcək. İş üzrə məhkəmə prosesi avqustun 25-ə təxirə salınıb.​
Qeyd edək ki,​ "Mançester Yunayted"in kapitanı olan​ Harri Maquayr gecə klubundakı münaqişədən sonra​ polisə hücum etdiyi üçün tutulub. Hadisə avqustun​ 21-də Mikonos adasında baş verib.​ Maquayrlə birlikdə daha iki nəfər saxlanılmışdı.​