Braziliyalı futbolçu Ronaldo "Barselona"nın kapitanı Lionel Messinin komandada qalması üçün kataloniya klubunun hər şeyi etməli olduğunu bildirib. Məlumata görə, argentinalı futbolçu bu yay “Barselona” klubundan “İnter”ə keçə bilər. Xatırladaq ki, məhz bu yolu Ronaldo özü 1997-ci ildə keçib.
“Messi komandanın əsas oyunçusudur və “Barselona”nın yerində olsam ona heç bir halda komandadan ayrılmağı icazə verməzdim. O, böyük futbolçudur və onun klub ilə əla münasibətləri var. “Barselona” növbəti mövsümdə dəyişiklik etməlidir. Amma əsas oyunçunun klubdan gedişi həll deyil. Çempionlar Liqasında məğlubiyyətlərindən sonra vəziyyət gərginləşdi. Hər halda, klub yoldaşlarının da Messiyə kömək etməsi lazımdır”,- deyə Ronaldo bildirib.