Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-2021-ci il mövsümünün birinci turunun oyunlarına yekun vurulub. Turun üçüncü oyun günündə “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edib. Bu, həm də qonaqların çalışdırıcısı Rəşad Sadıqovun klubun sükanı arxasında baş məşqçi kimi ilk rəsmi görüşü olub. Qəbələ şəhər stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1. Oyunda hesabı 3-cü dəqiqədə meydan sahibləri açıblar. Asif Məmmədov fərqlənib. Matçın 28-ci dəqiqəsində paytaxt təmsilçisi Ağabala Ramazanov hesaba tarazlıq gətirib. Qalan vaxtda qapılara qol vurulmadığından, mövsümün ilk heç-heçəsi qeydə alınıb. Görüşə əlavə edilmiş dəqiqələrdə isə Rəşad Sadıqovun komandası meydanda azlıqda qalıb. Hacıağa Hacılı mövsümün ilk qırmzı vərəqəsini alıb. Bununla "Qəbələ" ardıcıl 7-ci Premyer Liqa oyununda "Zirə"yə uduzmayıb.
Qeyd edək ki, turun digər oyunlarında “Keşlə” səfərdə “Sumqayıt”ı minimal hesabla üstələyib-1:0. “Neftçi” öz meydanında “Səbail”i (2:1), “Qarabağ” isə “Sabah”ı (2:0) məğlub edib.
Premyer Liqa
I tur
23 avqust
Qəbələ şəhər stadionu 19:00. “Qəbələ” - “Zirə” - 1:1 Qollar: Məmmədov, 3 - Ramazanov, 28 Qırmızı vərəqə: Hacılı, 90+1